Özbəkistanda fəaliyyət göstərən sahibkarlarla onlayn görüş – 23.10.2021

Marsol Group və Marsol Region partnyorları ilə Özbəkistanda fəaliyyət göstərən sahibkarlar arasında onlayn görüş baş tutub.

Oktyabrın 23-ü baş tutan görüşdə ölkəmizin regionlarından və paytaxtdan sahibkarlar həmçinin, Özbəkistanda fəaliyyət göstərən azərbaycanlı iş adamları arasında B2B əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Yerli şirkətlərin beynəlxalq bazarlara çıxışının artırılması, Özbəkistandakı iş adamları ilə birgə layihələrin həyata keçirilməsi və bu çərçivədə əlverişli işgüzar mühitin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlıq imkanları vurğulanıb.

İnanırıq ki, Özbəkistan və Azərbaycan sahibkarları arasında əlaqələrin qurulması qarşılıqlı faydalı tərəfdaşlığımızı daha da gücləndirəcək.

This will close in 0 seconds