Özbəkistanda fəaliyyət göstərən sahibkarlarla onlayn görüş – 04.12.2024

Azərbaycan və Özbəkistanda fəaliyyət göstərən iş adamları arasında onlayn görüş baş tutub.

Dekabrın 4-ü Azərbaycan və Özbəkistanın 20-ə yaxın sahibkarı ilə keçirilən onlayn görüşdə, biznesə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində ölkələrarası əlaqələri möhkəmləndirəcək və biznes əlaqələrini genişləndirəcək, strateji yanaşmalar və təqdimatlar baş tutub, sahibkarlar öz fəaliyyətləri haqqında məlumat verib.

İnanırıq ki, Özbəkistan və Azərbaycan sahibkarları arasında əlaqələrin qurulması qarşılıqlı faydalı tərəfdaşlığımızı daha da gücləndirəcək.

This will close in 0 seconds