40-a yaxın Marsol Group partnyorunun iştirakı ilə təşkil etdiyimiz Özbəkistan turu yekunlaşdı.
Səfərimizin 6-cı və son günü özündə əyləncə, alış-veriş və istirahət məkanlarını birləşdirən “Magic City”ni ziyarət etdik.
Növbəti ünvanımız Özbəkistanın tarixi və memarlıq abidələri arasında xüsusi yer tutan “İstiqlal Meydanı” və “Əmir Teymur Meydanı” oldu.
Davamında “Sharshara” restoranında işgüzar görüş təşkil etdik. Görüşdə Özbəkistanda fəaliyyət göstərən azərbaycanlı sahibkarlar da iştirak edərək öz təcrübələrini bölüşdülər, iştirakçılar arasında əməkdaşlıq imkanları müzakirə edildi.
Travel tərəfdaşı: Globus Travel
