Özbəkistan turu – 5-ci gün

Özbəkistan səfərimizin 5-ci günündə Marsol Group partnyoru “Azestetik Group”un Daşkənd filialının açılış mərasimində iştirak etdik.

Tədbirdə “Azestetik Group”un rəhbəri Fariz Məmmədov gözəllik sferası, estetik tibbi cihazlar, stomatolji avadanlıqların satışı və servis fəaliyyətləri haqqında məlumat verdi, ekskursiya təşkil olundu.

Həmçinin, restoranda davam edən tədbir çərçivəsində maraqlı şou-proqram təşkil olundu, tərəflər bir-birinə hədiyyələr təqdim etdilər. Özbəkistan İqtisadiyyat Assambleyasının rəisi Muhtor Aka Umarov da tədbirdə iştirak edərək Azərbaycan – Özbəkistan münasibətlərinin günü-gündən irəliləməsinin əhəmiyyətini qeyd etdi.

Daha sonra, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev çıxış edərək yeni məkanın açılışında “Azestetik Group”a uğurlar arzuladı.
Günün sonunda Marsol Group və “Globus Travel” adından tur iştirakçılarına hədiyyələr təqdim olundu.

This will close in 0 seconds