Aprelin 18-i Özbəkistan “Biznes Tur”u çərçivəsində Buxara şəhərinin İcra hakimiyyətinin nümayəndə heyəti, özbəkistanlı sahibkarlar və Marsol Group partnyorlarının iştirakı ilə tədbir baş tutub.
Tədbir Azərbaycan və Özbəkistan arasındakı tarixi, mədəni və iqtisadi əlaqələrə, iki ölkə arasında uzunmüddətli dostluq və əməkdaşlıqlara əsaslanıb.
Tədbirdə İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev, “Globus Travel” şirkətinin təsisçisi Eldəniz Səfərov və Özbəkistanın Ticarət və Sənaye Palatasının Buxara şəhəri üzrə sədrinin müavini İstam Yusupov çıxış edərək hər iki ölkə arasında iqtisadi, ticari və turizm sahələrində mövcud imkanlar, perspektivlər və əməkdaşlıq yollarını vurğulayıblar. Həmçinin, tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
Tədbirin sonunda özbəkistanlı iş adamları ilə Marsol Group partnyorları arasında tanışlıqlar olub, B2B görüşlər baş tutub.
Günün ikinci yarısında isə iştirakçılar Buxara şəhərində fəaliyyət göstərən beton, şüşə, tekstil və ip istehsalı müəssisələrini ziyarət ediblər. Səfərimizin 3-cü günü şəhərin tarixi və mədəni yerlərinin gəzintisi ilə yekunlaşıb.
