Özbəkistan səfərimiz davam edir…
Səfərimizin ikinci günü Səmərqənd şəhərində yerləşən “Hilton Samarkand Regency” və “Hilton Garden İnn” hotellərinin rəhbərliyi ilə görüşümüz baş tutdu. Görüş zamanı otelin fəaliyyətləri ilə yaxından tanış olduq.
Davamında sinklənmiş və polimerləşdirilmiş polad təbəqələrin, həmçinin müxtəlif profillərin istehsalı sahəsində fəaliyyət göstərən “Asiametal” şirkətini ziyarət etdik.
Şirkətin rəhbəri Rustam Şarapov, bizi zavodun istehsal prosesləri, texnoloji avadanlıqları və məhsul çeşidləri barədə məlumatlandırdı. Eyni zamanda, şirkətin anbarını ziyarət edərək istehsal olunan məhsullarla yaxından tanış olduq.
Günün ikinci yarısında isə Özbəkistan səfərimizə davam edərək tarixi və mədəni zənginlikləri ilə tanınan Buxara şəhərinə yola düşdük.
İşgüzar səfərimizin digər maraqlı anlarını sizinlə paylaşmağa davam edəcəyik.
