Onlayn Görüş – Vəlioğlu 2018

Bugün partnyorlarımızla birlikdə onlayn görüşümüz baş tutdu. Partnyorlarımız öz növbəsində işləri barədə qısa məlumat vermiş və bir-birləri ilə daha yaxından tanış olmuşdur. Sonda isə “Vəlioğlu 2018”  şirkətinin təqdimatı olmuş, şirkətin rəhbəri Zaur bəy xidmətləri barədə məlumat vermiş və məhsullarını nümayiş etmişdir. İştirak edən hərkəsə işlərində uğurlar arzu edirik.

“PREDO Sağlık Ürünleri San. Ve Tic. A.Ş.” nin Azərbaycandakı rəsmi nümayəndəsi olan “Vəlioğlu 2018” MMC Şirkəti fəaliyyət istiqamətlərini genişləndirməyə və əməkdaşlıqlarını inkişaf etdirməyə davam edir. Şirkətimiz artıq “Canada Green Gate Kozmetik Ürünleri San Tic A.Ş.”, “VİENNA LEXI GREEN” şampunları və “PT. SINAR ANTJOL Kris Parfum” sabunlarının da Azərbaycandakı rəsmi nümayəndəliyinə başlayır. Hər 3 şirkət dünya üzrə məhşur və keyfiyyət baxımından seçilən məhsulların istehsalçıları və böyük ixracatçıları olaraq çıxış edirlər.

Azərbaycanda gigiyena məhsulları və uşaq bezləri sektorunun aparıcı şirkətlərindən olan “Vəlioğlu-2018” MMC hər zaman olduğu kimi münasib qiymət siyasəti yürütməklə, dünya üzrə tanınmış, yüksək keyfiyyətli məhsullarını hər kəs üçün əlçatan edir.

Yeni məhsullarımızı da yaxın zamanda bütün marketlərdə əldə edə bilərsiniz.

Görüş iştirakçıları:

Vəlioğlu 2018 MMC
Marsol MMC
Brandex
Avtolux Azərbaycan
İslamoğlu Un Məmulatları
Smart Hotel Management
MobOil
Smart Systems Technology
Kolorit Restoranı
Glasstech
BSC Group