Ofis Ziyarəti “Vəlioğlu 2018” –20.10.2021

Bugün partnyorlarla birgə növbəti görüşümüz MARSOL sponsorlarından olan “Vəlioğlu 2018” şirkətində oldu. Əvvəl partnyorlar bir-birlərilə tanış oldu, daha sonra şirkətin rəhbəri Zaur bəy fəaliyyətləri və rəsmi distribüteri olduqları Predo Baby, Kris, Lexi brendləri haqqında ətraflı məlumat verdi və yeni fəaliyyətə başlayan “Top market” şəbəkələri haqqında danışdı. Sonda isə, tərəfdaşlarımızla birlikdə şourumda yer alan məhsullarla tanış olduq və Zaur bəy partnyorlara məhsullardan hədiyyə etdi. Başda Zaur bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Novator
Eurodoor
Fireuniversal Group
Azena
Pərdəçi
Evimiz
Garanti Group
İşartı
Business Finance Audit