Ofis Ziyarəti “Vəlioğlu 2018” – 20.07.2022

Bu gün partnyorlarla birgə növbəti “Ofis Ziyarətimiz” MARSOL MMC-nin 2021 – 2022 sponsorlarından olan “Vəlioğlu 2018” şirkətində oldu. Partnyorlarımız bir-birlərilə tanış oldu, daha sonra şirkətin rəhbəri Zaur bəy fəaliyyətləri və rəsmi distribüteri olduqları Predo Baby, Kris, Lexi brendləri haqqında ətraflı məlumat verdi və bu il fəaliyyətə başlayan “Top market” şəbəkələri haqqında danışdı. Sonda isə, tərəfdaşlarımızla birlikdə şourumda yer alan məhsullarla tanış olduq.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Vitam
Formag logistika
Omnitech
Fenstar
SmFreshOil
Bravo
Enerji-N
Ambiance med
Slavyanka