Ofis Ziyarəti “Vəlioğlu 2018” – 01.09.2021

Bugün partnyorlarla birgə MARSOL sponsorlarından olan “Vəlioğlu 2018” şirkətinin yeni ofisində növbəti dəfə qonaq olduq. Əvvəl partnyorlar bir-birlərilə tanış oldu, daha sonra şirkətin rəhbəri Zaur bəy rəsmi distribüteri olduqları Predo Baby, Kris, Lexi brendləri haqqında ətraflı məlumat verdi. Bununla yanaşı yeni açılacaq “Top market” şəbəkələri haqqında da bizləri məlumatlandırdı. Sonda isə, tərəfdaşlarımızla birlikdə ofisi gəzərək həm iş şəraiti həm də şourumda yer alan məhsullarla tanış olduq. Başda Zaur bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol
Vəlioğlu-2018
A Trading Azerbaycan
Dinçər & Carçıoğlu
Yusif-NS
N-Advert
Eurodoor
Gəncə Təndir