Ofis Ziyarəti “Ziebart” – 23.04.2025

Ofis ziyarəti çərçivəsində Marsol Group partnyorları bu dəfə “Ziebart” şirkətinin qonağı olub.

Aprelin 23-ü baş tutan görüş çərçivəsində partnyorlar çay süfrəsi ətrafında müzakirələr aparıb, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb.

Görüş zamanı “Ziebart” şirkətinin direktoru Servet Alpagu şirkətin avtomobillər üçün tətbiq olunan antibakterial detallı daxili təmizlik, boya mühafizəsi, keramika örtükləri, pəncərə üzlükləri və başlıq qoruyucu filmlər sahəsində fəaliyyətlərindən bəhs edib, məhsullarla yaxından tanışlıq olub.

This will close in 0 seconds