25 fevral tarixində 2024-2025-ci il Marsol Group sponsoru olan “Zamex” şirkətinin ofisi ziyarət olunub.
Ofis ziyarəti zamanı sahibkarlarımız həm “Zamex” şirkətini tanımaq həm də şirkətin xidmətləri çərçivəsində təcrübələrini bölüşmək imkanı əldə ediblər. Şirkətin təsisçisi Akif Bayramov “Zamex”in xidmətləri haqqında ətraflı məlumat verib, sahibkarlar arasında şirkətin sürətli poçtdaşıma və kuryer xidmətləri haqqında müzakirələr aparılıb.
Qeyd edək ki, Amerika, Almaniya və Türkiyədən Azərbaycana çatdırılmanı həyata keçirən “Zamex”in Azərbaycanda 40-dan çox filialı mövcuddur. Şirkət həmçinin ölkədaxili daşınma xidməti də göstərir.
