Ofis Ziyarəti “Yusi Ko” – 03.12.2024

Marsol Group partnyorları ilə dekabrın 3-ü “Yusi Ko” şirkətini ziyarət etdik.

Görüşdə ənənəvi olaraq partnyorlarımız fəaliyyətləri haqqında məlumat verib, tikinti sektorunda istilik və havalandırma sahəsində təcrübələrini bölüşdülər.

Həmçinin, şirkətin baş direktoru və təsisçisi Eldar Suvarov “Yusi Ko”nun su, elektrik və havalandırma təchizatı sahəsində təqdim etdiyi həllər və əməkdaşlıq etdiyi dünyaca məşhur brendlər haqqında məlumat verdi.

Sonda, iştirakçılar, şourumda isitmə və havalandırma məhsulları ilə yaxından tanış oldular.

“Yusi Ko” tikinti sektorunun isitmə və havalandırma sahəsində Azərbaycan ərazisində artıq bir Avropa brendinə çevrilmişdir. Bu istiqamətdə geniş fəaliyyət göstərərək Danimarkanın “Danfoss”, Almaniyanın “Zehnder”, İtalyanın Ferolli,Polşanın Sonniger kimi nəhəng şirkətləri ilə müqavilələr bağlayaraq bütün ən yeni texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində böyük işlər görülmüşdür.
“Yusi Ko” MMC artıq 19 ildir ki, əməkdaşlıq etdiyi “VENTS” Ticarət Markasının Azərbaycan ərazisində rəsmi və eksklyuziv distribüteridir.

İştirak edən şirkətlər:

Almet Baku
Amina Building Company
Marxal Resort
Ağ Kənd
Hikmətoğlu Transport
Sharaf Media
Ailas Group
Roofs
Aso Group
İST Services
Fenstar
S-Enna
Aral Group

This will close in 0 seconds