Fevralın 27-si Marsol Group partnyoru “Yurd FM” və “Media FM”in ofisi ziyarət olunub.
Ofis ziyarəti çərçivəsində iştirakçılar fəaliyyət sahələri ilə bağlı təqdimat edib, müzakirələr aparılıb.
Həmçinin, “Media FM” və “Yurd FM”in təsisçisiləri Rüstəm Əliyev və Heyran Əliyeva radiostansiyanın Azərbaycanda VoİP texnologiyası əsasında qurulan ilk rəqəmsal radiostansiya olması, ölkənin müxtəlif bölgələrində unikal tezliklər vasitəsilə yayımlarını təmin etməsi və keçmiş illərdə əldə etdiyi nailiyyətləri vurğulayıb, əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, “Media FM” Azərbaycanda VoİP (voice over İP) sistemi əsasında qurulan ilk tam rəqəmsal radiostansiyadır. Unikal tezlik bölgüsünə malik olmaqla ölkənin istənilən bölgəsində radionun yayımlarını 105.3, 105.5 və ya 105.7 MHz tezliklərinin birində dinləməyi təmin edir. “Media FM” 2010, 2011, 2012 və 2013-cü illərdə ilin ən uğurlu radiostansiyası seçilmişdir.
