Ofis Ziyarəti “Yeni Abituriyent Təhsil Mərkəzi” – 29.05.2025

Mayın 29-u Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən Marsol Region partnyorları ilə Şəki şəhərində “Yeni Abituriyent Təhsil Mərkəzi” ziyarət olunub.

Görüşdə mərkəzin təsisçisi Şöyüf Səfərov başlıca fəaliyyət dairəsi Abituriyent hazırlığı olan kursun fəaliyyətləri haqqında məlumat verib, iştirakçılar üçün ekskursiya təşkil olunub.

Qeyd edək ki, 17 ildir fəaliyyət göstərən təhsil mərkəzi fəaliyyət dairəsini genişləndirərək ətraf bölgələrdə də üzərinə götürdüyü missiyanı davam etdirir, ümumilikdə 2325 şagirdin tələbə adını qazanmasına köməklik etmişdir.

This will close in 0 seconds