Marsol Group partnyorları bu dəfə ofis ziyarəti çərçivəsində “Vien Group”da qonaq olub.
Yanvarın 16-sı baş tutan görüşdə şirkətin təsisçisi Qabil Mustafayev tikinti, sənaye və neft-qaz sektorlarında fəaliyyətləri və layihələri haqqında məlumat verib, sahibkarların inşaat sektoru ilə əməkdaşlıq təcrübələri müzakirə olunub.
Bununla yanaşı, şirkətin layihələri və təklif etdiyi xidmətlərlə bağlı təqdimat izlənilib.
Görüş tərəflər arasında gələcək əməkdaşlıq məqsədlərinə xidmət edərək, qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərini genişləndirib.
Qeyd edək ki, Marsol Group partnyoru “Vien Group” müxtəlif təyinatlı metal konstruksiya bina və obyektlərin istehsalı və quraşdırılması, ofşor və onşor standartlara uyğun konteynerlərin, çənlərin, tutumların istehsalı, beton qəlib işləri, taxtabənd işləri, müxtəlif növ boru sistemlərinin quraşdırılması, qaynaq işləri, qumlama, rəngləmə və elektrik işləri sahəsində fəaliyyət göstərir, Yaponiya, Sinqapur, Rusiya, Qazaxıstan və s. ölkələrin şirkətləri ilə davam edən layihələri mövcuddur.