Ofis Ziyarəti “United Payment” – 12.12.2024

Marsol Group partnyorları ilə birlikdə dekabrın 12-si şirkətlərə yüksək texnologiyalı maliyyə alətlərini təmin edən “United Payment”in ofisini ziyarət etdik.

Partnyorlar arasında baş tutan tanışlığın ardından “United Payment”in həmtəsisçisi və direktoru Edqar Abdullayev öz təqdimatında şirkətin fəaliyyətləri haqqında məlumat verdi. Görüşün davamında partnyorlarımızın maliyyə alətləri ilə bağlı müzakirələri oldu, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yarandı.

Nəzərinizə çatdıraq ki, “United Payment” pulla bağlı hər hansı tapşırıqda virtual və ya fiziki kartlar, onlayn ödənişlərin qəbulu, beynəlxalq pul köçürməsi, pul kisəsi həlləri, nağd pulun idarə edilməsi və digər fintech həllərini özündə cəmləşdirir.

İştirak edən şirkətlər:

Shane English School
Hekimoğlu
Gültekin Logistics
BRT Class
N-Advert
Çapar Group
Gold Mobilya

This will close in 0 seconds