Ofis Ziyarəti “Tonuby Group” – 14.05.2025

Mayın 14-də Marsol Group partnyorları ofis ziyarəti çərçivəsində “Tonuby Group”da qonaq olublar.

Görüşdə ənənəvi olaraq partnyorlarımız öz fəaliyyətləri haqqında məlumat verib, eləcə də “Tonuby Group”un təqdim etdiyi xidmətlərlə tanış olublar. Şirkətin təsisçisi və direktoru Toğrul İbrahimov sahibkarlarımızı “Tonuby Group”un həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatlandırıb.

Nəzərinizə çatdıraq ki, “Tonuby Group” çöl reklamları, sərgi və məhsul stendləri, 3D maketlər, interyer dekor, banner və vinil işləri, lazer və CNC kəsimləri, eləcə də promo məhsulların istehsalı və hazırlanması sahəsində ixtisaslaşmışdır.

This will close in 0 seconds