Ofis Ziyarəti “Sinax Azərbaycan” – 09.07.2024

İyulun 11-i sahibkarlarla birlikdə “Sinax Azərbaycan”ı ziyarət etdik.

Ofis ziyarətimizdə Marsol Group partnyoru, Türkiyənin ən öndə gedən markalarından olan “Sinax”ın fəaliyyətləri ilə tanış olduq, eləcə də sahibkarlar arasında yeni işgüzar münasibətlərin yaranmasına vasitəçi olduq.

Görüşdə şirkətin Azərbaycandakı yeganə rəsmi numayəndəliyinin rəhbəri Azər Bayramov evlər üçün ağcaqanad və müxtəlif həşaratlardan qorumaq üçün hazırlanan çeşidli pəncərə, qapı torları haqqında məlumat verdi.

Bununla yanaşı, “Sinax”ın istehsalat sahəsini də ziyarət edib, məhsulların hazırlanma qaydası ilə tanış olduq.

Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan “Muradoğlu İnşaat” şirkətinə “Üzvlük” sertifikatı təqdim olundu.

This will close in 0 seconds