Ofis Ziyarəti “Silo Construction” – 08.10.2024

Oktyabrın 8-i sahibkarlarla birgə 2024-2025-ci il üzrə Marsol Group sponsoru “Silo Construction” şirkətinin ofisi ziyarət olunub.

Görüşdə iştirakçılar şirkətləri haqqında məlumat verib, sahibkarlar arasında yeni əlaqələrin qurulmasına imkan yaranıb.

Şirkətin rəhbəri Emin Fərəcov bitki məhsullarının emalı və saxlanması ilə məşğul olan müəssisələrin layihələndirilməsi, tikintisi haqqında məlumat verərək şirkətin fəaliyyət sahəsini partnyorlarımıza tanıdıb, onların suallarını cavablandırıb.

Görüşün davamında şirkətin fəaliyyətlərinin əks olunduğu video çarx izlənilib.

Qeyd edək ki, Türkiyənin məşhur “Mysilo” şirkətinin Azərbaycandaki rəsmi nümayəndəsi olan “Silo Construction” taxıl təmizləmə, toxum təmizləmə, yem zavodları, dəyirmanlar, qurutma, yükləmə və nəqliyyat avadanlıqlarının istehsalçıları ilə səmərəli əməkdaşlıq edir.

Safi Construction
Mars-A
Kovrolin.az
Texno Gallery
Net Elektrik
AEM Elektron
Proglass
iSchool Təhsil Mərkəzi
İmzalı İnşaat
Azər Atribut
Sarı Makina
Eurodoor
Net Finance
Roofs
DSMF

This will close in 0 seconds