Ofis Ziyarəti “Sharaf Media” – 02.05.2024

Marsol Group partnyorları ilə mayın 2-si “Sharaf Media” şirkətinin qonağı olduq.

Təşkil olunan çay süfrəsi ətrafında iştirakçılar şirkətin strateji baxışını və innovativ təcrübələrini öyrənmək imkanı əldə etdilər. “Sharaf Media”nın rəhbəri Sərxan Şərəfovun təqdimatı ilə şirkətin geniş və müxtəlif reklam xidmətləri haqqında məlumat aldıq.

Həmçinin, B2B əlaqələrin inkişafına yönələn müzakirələrlə iştirakçıların əlaqələri daha da zənginləşdi. Sahibkarlar öz təcrübələri və ideyaları ilə müzakirələrə dərinlik qatdılar.

Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olundu.

İştirak edən şirkətlər:

MGM-21
Zamex
Logi Group
Fito Wall
Marxal Resort
L-Sim
Saca Group
İcon Pərdə
English Academy
Nar Mobile

This will close in 0 seconds