İyulun 24-ü “Ofis Ziyarəti” çərçivəsində Marsol Group partnyorları ilə birlikdə “SG Logistics” şirkətində bir araya gəldik. Görüşdə iştirak edən sahibkarlar çay süfrəsi ətrafında tanış olaraq, fəaliyyətləri haqqında məlumat verib. Daha sonra “SG Logistics”in rəhbəri Hicran Novruzov şirkətin fəaliyyəti və xidmətləri haqqında məlumat verərək, Azərbaycanda logistika və yükdaşıma sahəsində əldə etdikləri təcrübələri bölüşüb.
Qeyd edək ki, “SG Logistics” şirkəti dünyanın istənilən regionundan, müxtəlif sektorlar üçün nəzərdə tutulan yüklərin hava, qarayol, dəniz və dəmir yolu vasitəsi ilə beynəlxalq daşınmasını həyata keçirir. Əsas fəaliyyət göstərdiyi xətlər: Türkiyə, Avropa, Ukrayna, Belarusiya, Rusiya və Çindir.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!