Ofis Ziyarəti “Sabiroğlu” MMC – 03.08.2022

Bu gün partnyorlarla birgə növbəti “Ofis Ziyarəti”miz MARSOL MMC-nin 2021 – 2022 sponsorlarından olan “Sabiroğlu” MMC şirkətində baş tutdu. Partnyorlarımız bir-birlərilə tanış oldu, daha sonra şirkətin direktoru Elnur bəy fəaliyyətləri haqqında ətraflı məlumat verərək qeyd etdi ki, şirkət 30 ildir mühərrik yağlarının, antifrizlərin və müxtəlif avtomobil ehtiyat hissələrinin idxalı və satışı ilə məşğul olur və Azərbaycanda bu sahə ilə məşğul olan aparıcı şirkətdir. “Sabiroğlu” MMC Türkiyənin “Koç Holding”-ə məxsus olan OPET FUCHS, SARDES FİLTER və DELSA FİLTER şirkətlərinin, Rusiyanın Star VOLT, Carville, Luzar, və Coolstream şirkətlərinin Azərbaycanda rəsmi distribütorudur. Sonda isə, Elnur bəy MARSOL partnyorlarına xüsusi endirimlərin də olduğunu qeyd etdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Sabiroğlu
Modern Hospital
Envix Print
İnmotion Trading
AEM Elektron
Ak Piping
Tatoğlu
A Trading