Ofis Ziyarəti “Şərq Motors” – 17.12.2024

Dekabrın 17-si dünyaca məşhur “Dayun” elektrik avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olan “Şərq Motors”un ofisini ziyarət etdik.

Marsol Group partnyorları ilə birgə tanışlıq zamanı yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yarandı, “Şərq Motors”un fəaliyyət istiqamətləri çərçivəsində müzakirələr apardıq.

Bununla yanaşı, “Şərq Motors”un ümumi fəaliyyət istiqamətləri haqqında şirkətin təsisçisi Müşviq Quliyev, idxal olunan “Dayun” markalı ekoloji təmiz avtomobillərin xüsusiyyətləri və üstünlükləri haqqında isə şirkətin direktoru Vasif Babayev partnyorlarımızı məlumatlandırdı.

This will close in 0 seconds