İyulun 25-i Marsol Group partnyorları ilə birgə “Rəmzioğlu Paxlava”nın yeni fəaliyyətə başlamış “RO Cafe”sində bir araya gəldik. “Rəmzioğlu Paxlava”nın ləziz təamlarının təqdim olunduğu çay süfrəsi ətrafında partnyorlarımız tanış olaraq fərqli sektorlarda fəaliyyət göstərən şirkətlər haqqında daha ətraflı məlumat almaq imkanı əldə ediblər.
Daha sonra “Rəmzioğlu Paxlava”nın təsisçisi və direktoru Cavid Ağayev istehsal etdikləri şirniyyat məhsulları və şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verib.
Nəzərinizə çatdıraq ki, “Rəmzioğlu Paxlava” 2005-ci ildən un məmulatları sahəsində fəaliyyətə başlayan, 2013-cü ildən isə paxlava istehsalı və satışı istiqamətində davam edən şirkətdir. Şirkət paxlavanı qədim hazırlanma ənənələrinə sadiq qalaraq və eləcə də yeniliklər tətbiq edərək müştərilərə təqdim edir.
Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan “İstanbul Reklam Market”ə “Üzvlük” sertifikatı təqdim olunub.
İştirak edən şirkətlər:
Mediazadə
189 Kuryer
Dəmirağac Engineering
İndikator Avto
Caspos Holding
Logitrans
Deltatech
İstanbul Reklam
La Liga Lounge
Azestetik Group
B&B Securty
Kibritech
İvento
Türkeş Dekor
Rəmzioğlu Paxlava