Partnyorlarımızla birlikdə növbəti ziyarətimiz, “Pxali Xinkali” restoranına oldu.
Restoranlar şəbəkəsinin rəhbəri Zaur Orucov çay süfrəsi ətrafında bizləri qonaq etdi və fəaliyyətləri haqqında ətraflı məlumat verdi. Davamında görüşdə iştirak edən partnyorlarımız fəaliyyətləri haqqında məlumat verərək yaxından tanış oldular.
Milli və Gürcü mətbəxinin ləziz təamlarının özündə cəmləşdirən “Pxali Xinkali” həmçinin, Zaur bəyin rəhbərlik etdiyi “Fisincan”, “Palma Restoranı”, “Mama Meri” və “Əncir” kimi restoranlar biri-birindən ləziz təamları ilə tanınır.
Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan “Abamedia” şirkətinə “Üzvlük” sertifikatı təqdim olunub.
İştirak edən şirkətlər:
Abamedia
SR Group Company
Selena Tour
AS Stretech
Omnitech
Saloni
Tayqatech
Kraton Clinic
Qanun Mühasibatlıq Xidmətləri
Meridian FF
Nevroloq
Global Logistics