Ofis Ziyarəti “PAŞA Həyat” – 11.06.2025

11 iyun tarixində Marsol Group partnyorları “PAŞA Holdinq”ə daxil olan “PAŞA Həyat” şirkətinin ofisində qonaq olub.

Görüş zamanı sahibkarlar şirkətin fəaliyyətləri, tətbiq edilən yenilikçi həllər və xidmətlər haqqında məlumatlanmaq imkanı əldə ediblər.

“Paşa Həyat”ın Korporativ Agile satış komandasının rəhbəri Elşad Əliyev, Fərdi Agile satış komandasının rəhbəri Maqsud Dadaşov, həmçinin “Paşa Sığorta” şirkətinin Korporativ sığorta sektorunun rəhbəri Vadim Məmmədov şirkətin fəaliyyətləri haqqında təqdimat edib, iştirakçıların sualları cavablandırılıb.

Görüş çərçivəsində şirkətin layihələri və sahibkarların sığorta sahəsində təcrübələri ətrafında müzakirələr aparılıb.

This will close in 0 seconds