Ofis Ziyarəti “Palıdlı Sahil Hotel” – 16.01.2025

16 yanvar tarixində Marsol Region partnyorları ilə Lənkəran şəhərində fəaliyyət göstərən “Palıdlı Sahil Hotel”də qonaq olduq.

Görüşdə partnyorlarımız arasında bölgədə turizm sektorunun inkişafı haqqında müzakirələr aparıldı, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yarandı.

Həmçinin, “Palıdlı Sahil Hotel”in direktoru Mehmet Uysal iştirakçılara otelin xidmətləri haqqında məlumat verdi.

Sonda, 2025-2026-cı il üzrə Marsol Group partnyorluğuna qoşulan “Palıdlı Sahil Hotel”ə “Üzvlük” sertifikatı təqdim edilib.

This will close in 0 seconds