Ofis Ziyarəti “Orvita Psixoloji Reabilitasiya Mərkəzi” – 22.01.2025

Yanvarın 22-si növbəti görüşümüz ofis ziyarəti çərçivəsində “Orvita Psixoloji Reabilitasiya Mərkəzi”ndə baş tutub.

Görüşün əvvəlində sahibkarlar müəssisənin fəaliyyətlərinin gerçəkləşdiyi zal və sinif otaqlarını gəzərək əyani formada tanış olublar.

Daha sonra mərkəzin rəhbəri Ramidə Oqtayqızı çay süfrəsi ətrafına dəvət edərək bizi “Orvita Psixoloji Reabilitasiya Mərkəzi”nin xüsusi qayğıya ehtiyacı olan uşaqlara yanaşması, onların reabilitasiyası barədə məlumat verib, müzakirələr aparılıb.

Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də görüşdə iştirak edərək agentliyin fəaliyyətləri haqqında məlumat verib, sahibkarlarla həmsöhbət olub.

Nəzərinizə çatdıraq ki, Orvita Psixoloji Reabilitasiya Mərkəzi uşaq və yeniyetmələrdə – özünəqapanma, aqressiya, davranış pozuntusu, qardaş-bacı qısqanclığı, şiddətə meyillilik, təlimdə geriləmə və bu kimi problemlərin aradan qaldırılması üçün proqramlar təşkil edir.

Soel Parfum
Jet Cinema
İntegro Consulting
Polipak
Nil Təhsil Mərkəzi
Nar Mobile
NS Studio
Proglass
Tonuby
DMA

This will close in 0 seconds