Ofis Ziyarəti “Muxtaroğlu VM” – 26.09.2023

Bu gün baş tutan növbəti ofis ziyarətində müxtəlif növ avtomobil mayelərinin satışı ilə məşğul olan “Muxtaroğlu VM” şirkətini ziyarət etdik. Görüş zamanı partnyorlar bir-birilərilə tanış olaraq əməkdaşlıq imkanlarını dəyərləndirdilər. Daha sonra şirkətin təsisçisi Vüqar Mehdiyev partnyorlarımıza fəaliyyətlərindən və məhsullarından danışdı. Bununla yanaşı partnyorlar iş dünyasındakı son yenilikləri müzakirə edib, fikir mübadiləsi apardılar. Görüşün sonunda onlar şirkətin anbarını ziyarət edərək məhsullarla daha yaxından tanış olublar.

“Muxtaroğlu VM” SCT, Mannol, Fanfaro, Pemco, Favorit , Eurofreeze brendlərinin rəsmi distributorudur. Şirkət fərqli növlərdə mühərrik yağları, yağlama maddələri, vasitə-baxım məhsulları və digər məhsulların satışı ilə məşğuldur.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Kartpak
189 Taxi
Abşeron Logistika Mərkəzi
Logi Group
Vibrostone
Ascend
Meslehetci.az

This will close in 0 seconds