Yanvarın 30-u baş tutan ofis ziyarəti çərçivəsində 2024-2025-ci il üzrə Marsol Group sponsoru olan “Moon Group”un şourumunu ziyarət etdik.
Ənənəvi olaraq sahibkarlar öz fəaliyyətləri ilə bağlı maraqlı təqdimatlar etdi, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yarandı. Həmçinin, şirkətin rəhbəri Ruslan Quliyev “Moon Group”un xidmətləri, mətbəə, promo, reklam məhsulları və həmin məhsulların istehsalı haqqında məlumat verdi.
Sonda, şourum və istehsalat sahəsi ziyarət olundu.
Nəzərinizə çatdıraq ki, “Moon Group” peşəkar kadr heyəti və müasir avadanlıqlarla mətbəə, promo və reklam məhsulları sahəsində xidmətin və ya məhsulun yüksək səviyyədə tanıdılması yönündə fəaliyyət göstərir.
İştirak edən şirkətlər:
Unity Technologies
Fizza Pay
Göyçay Süd
iSchool
Çıraq İnşaat
Logistrans
Pergola Baku
Onur Plast
Sofistico
Saca Group
Soel Parfume
Storm Enginnering
Softech
On Pack
Anadolu Events