Ofis Ziyarəti “Moon Group” – 17.04.2025

Aprelin 17-si baş tutan ofis ziyarəti çərçivəsində 2024-2025-ci il üzrə Marsol Group sponsoru olan “Moon Group”un şourumunu ziyarət etdik.

Ənənəvi olaraq sahibkarlar öz fəaliyyətləri ilə bağlı maraqlı təqdimatlar edib, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb. Həmçinin, şirkətin rəhbəri Ruslan Quliyev “Moon Group”un xidmətləri, mətbəə, promo, reklam məhsulları və həmin məhsulların istehsalı haqqında məlumat verib, şourum ziyarət olunub.

Həmçinin, Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də görüşdə iştirak edərək agentliyin fəaliyyətləri haqqında məlumat verib, məşğulluq sahəsində sahibkarlarla əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonda, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı təqdim edilib.

Nəzərinizə çatdıraq ki, “Moon Group” peşəkar kadr heyəti və müasir avadanlıqlarla mətbəə, promo və reklam məhsulları sahəsində xidmətin və ya məhsulun yüksək səviyyədə tanıdılması yönündə fəaliyyət göstərir.

This will close in 0 seconds