Ofis Ziyarəti “Mobil Group” – 05.02.2025

5 fevral tarixində ofis ziyarəti çərçivəsində Marsol Group partnyorları “Mobil Group”u ziyarət edib.

Görüş zamanı şirkətin rəhbəri Vüsal Xəlilov “Mobil Group”un fəaliyyətləri barədə ətraflı məlumat verib, sahibkarların suallarını cavablandırıb. Həmçinin, iştirakçılar arasında tanışlıq olub, müəssisənin fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda şirkətin ofisi ilə tanışlıq olub.

Nəzərinizə çatdıraq ki, “Mobil Group”, gömrük orqanları ilə vətəndaşlar arasında etibarlı vasitəçi olan “Mobil Broker”, 150 yə yaxın ölkəyə və əks istiqamətdə yüklərin daşınmasını həyata keçirən “Mobil Logistics” və bağlamaların hava yolu ilə çatdırılmasını həyata keçirən sürətli karqo şirkəti “MOBEX”dən ibarətdir.

İştirak edən şirkətlər:

Unilift
Başkent
Mopedo
Uplink
Beynəlxalq Təhsil mərkəzi
Gold Mobilya
Power led
İvento
Pos.az
Mega sığorta
CAR CLUB
Azfilter

This will close in 0 seconds