Ofis Ziyarəti “Meslehetci.az” – 30.07.2024

İyulun 30-u növbəti ofis ziyarətimiz Marsol Group sponsoru olan “Meslehetci.az” şirkətində baş tutdu.

Görüşdə sahibkarlar şirkətin mühasibat, maliyyə, vergi, və audit xidmətləri haqqında məlumat alaraq, səmimi mühitdə biznesləri haqqında müzakirə aparmaq imkanı əldə ediblər. Şirkətin həmtəsisçiləri Abbas Orucəliyev və Xalid Cəfərov partnyorlar üçün təşkil olunan çay süfrəsi ətrafında bir çox şirkətlərlə davam edən uzunmüddətli və keyfiyyətli əməkdaşlıqları haqqında məlumat verib.

“Meslehetci.az” şirkəti təsərrüfat subyektlərinin işlərinin düzgün qurulması, mühasibat və maliyyə uçotunun şəffaf formalaşması, vergilərin düzgün hesablanması və ödənilməsi üçün şirkətlərə mühasibat, maliyyə, vergi, kadr və audit xidmətləri göstərir.

Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan “Aem Elektron” şirkətinə “Üzvlük” sertifikatı təqdim olunub.

İştirak edən şirkətlər:

AEM Elektron
Safe Union
Freshair
Growth Guide Development Centre
Ağ Kənd TT
BHB Media
Zahra Clinic
Unisell
Kapital Bank
Meslehetci.az

This will close in 0 seconds