Yanvarın 23-ü “Meslehetci.az”da baş tutan “Ofis Ziyarəti” çərçivəsində Marsol Group partnyorları bir araya gəlib.
Görüş zamanı şirkətin həmtəsisçiləri Abbas Orucəliyev və Xalid Cəfərov fəaliyyətləri haqqında məlumat verib, sahibkarlar şirkətin mühasibat, maliyyə, vergi və audit xidmətləri haqqında məlumat almaq, eləcə də biznesləri haqqında müzakirə aparmaq imkanı əldə ediblər.
Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də görüşdə iştirak edərək agentliyin fəaliyyətləri haqqında məlumat verib, sahibkarlarla həmsöhbət olub.
Həmçinin, “Vergidə olan dəyişikliklər”lə bağlı təlim çərçivəsində Abbas bəy mövzu haqqında öz təcrübələrini bölüşərək, vergi məcəlləsindəki dəyişiklikləri diqqətə çatdırıb, dəyişikliklərin yaradacağı fərqlər müzakirə olunub.
İştirak edən şirkətlər:
Kirpi Tekstil
Azali
Best Bearings
Paşa sığorta
Kapital Bank
Vebonly
Uplink Telecom
Şərq motors
Helind
İschool
Handex
DMA
SİF
İNDİGO
Omnitech
Azshipping