Dekabrın 12-də tibbi və estetik avadanlıqların satışı, servisi və təlimi ilə məşğul olan partnyorumuz “Mesa Group”un ofisini ziyarət etdik.
Görüşdə Marsol Group partnyorları arasında tanışlıq oldu, “Mesa Group”un fəaliyyətləri haqqında fikir mübadiləsi aparıldı. Daha sonra şirkətin rəhbəri Məftun Xəlilov klinika, hospital, SPA mərkəzləri üçün avadanlıq təchizatı, servis xidməti və təşkil olunan professional seminarlar haqqında partnyorlarımızı məlumatlandırdı.
Sonda, partnyorlarımız şourumu gəzərək professional mütəxəssislər üçün olduğu kimi yeni başlayan dermatoloqlar üçün də nəzərdə tutulmuş, istifadəyə rahat cihazlarla tanış oldular.