Ofis Ziyarəti “Master Tools” – 06.03.2024

Martın 6-sı təşkil etdiyimiz ofis ziyarəti çərçivəsində inşaat sektoruna fərqli bir baxış bucağı qazandıracaq maraqlı məlumatlar əldə etdik. Bu dəfəki ünvanımız “Master Tools” şirkəti idi.

Təşkil olunan çay süfrəsi ətrafında sahibkarlarla müxtəlif müzakirələrimiz oldu. B2B bazardaki stratejik yanaşmaların necə uğura dönüşdürülə biləcəyi ilə bağlı hər kəsin öz fikrini bölüşməsi görüşə maraq qatdı. Bununla yanaşı şirkətin müşaviri Namiq Babaşlı “Master Tools”un məhsulları haqqında məlumat verdi.

İnşaat və Neft-Qaz Sənayesində istifadə olunan tikinti materialları və texniki avadanlıqlarla tanış olmaq üçün şourumu da ziyarət etdik.

This will close in 0 seconds