Ofis Ziyarəti “MADO” – 18.02.2025

Fevralın 18-i ofis ziyarəti çərçivəsində Marsol Group partnyorları növbəti dəfə “MADO”da qonaq olub.

Sahibkarlar tanışlıq çərçivəsində fəaliyyətlərini tanıdıb, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb. Bununla yanaşı, Marsol Group partnyoru “MADO” restoranlar şəbəkəsinin təsisçisi və direktoru Ramiz Kazımov çay süfrəsi ətrafında restoranların fəaliyyəti haqqında iştirakçıları məlumatlandırıb.

Qeyd edək ki, dünya markası olan “MADO”nun Azərbaycanda ilk restoranının açılışı, 2010-cu ildə olub. Restoran, orijinal interyer, rahat lokasiyalar, qonaqpərvərlik, daim yenilənən menyu, mövsümi təkliflərlə Türk, Azərbaycan və Avropa mətbəxinin sevilən təamlarını təqdim edir.

İştirak edən şirkətlər:

İnmotion trading
Polipak
AS Glass (qonaq)
Lucky office
Best stone
Azali
Novator
Ziebart
Süpürgə.az
Azled (Qonaq)
Naxış.az
Asplus
Mado

This will close in 0 seconds