Sentyabrın 5-i növbəti görüşümüz ofis ziyarəti çərçivəsində “MADO”da baş tutub.
“MADO” restoranlar şəbəkəsinin təsisçisi və direktoru Ramiz Kazımov öz məhsulları olan ləziz şirniyyatlarını təqdim edərək çay süfrəsi ətrafında partnyorlarımızı qonaq edib və fəaliyyətləri haqqında ətraflı məlumat verib.
Sahibkarlar da tanışlıq çərçivəsində fəaliyyətlərini tanıdıb, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb.
Qeyd edək ki, dünya markası olan MADO-nun Azərbaycanda ilk restoranının açılışı, 2010-cu ildə olub. Restoran, orijinal interyer, rahat lokasiyalar, qonaqpərvərlik, daim yenilənən menyu, mövsümi təkliflərlə Türk, Azərbaycan və Avropa mətbəxinin ən sevilən təamlarını təqdim edir.