Ofis Ziyarəti “LeDiOr Luxury Travel” – 21.02.2025

Marsol Group partnyorları fevralın 21-i “LeDiOr Luxury Travel” şirkətini ziyarət edib.
Ofis ziyarəti çərçivəsində iştirakçılar şirkətin fəaliyyət göstərdiyi turizm sektoru haqqında məlumat almaq imkanı əldə edib, şirkətin təsisçisi Leyla Dibirova Oruczadə sahibkarlara turizm fəaliyyətləri və sektordakı təcrübəsi haqqında məlumat verib. Həmçinin, qadın geyim mağazası “LeDiOr Boutique”i tanıdıb.
Nəzərinizə çatdıraq ki, hər il minlərlə turistin xaricə səfərini təşkil edən və xaricdən qonaq qəbul edən şirkət, müştərilərə təyyarə biletləri, otellərin bronlaşdırılması və sifarişi, hava limanında xüsusi qarşılama xidməti, “sürətli keçid”, portye xidməti, ölkədaxili və ölkəxarici hava limanlarında VIP-zal xidmətlərinin təmin edilməsi və digər xidmətlər göstərir.

This will close in 0 seconds