Ofis Ziyarəti “LeDiOr Luxury Travel” – 19.12.22024

Marsol Group partnyorları 19 dekabr tarixində “LeDiOr Luxury Travel” şirkətini ziyarət edib.

Ofis ziyarətində partnyorlarla birgə şirkətin fəaliyyət göstərdiyi turizm sektoru haqqında müzakirələr aparılıb, şirkətin təsisçisi Leyla Dibirova sahibkarlara turizm fəaliyyətləri və sektorda 18 illik təcrübəsi haqqında məlumat verib, əlavə olaraq qadın geyim mağazası “LeDiOr Boutique”i tanıdıb.

Nəzərinizə çatdıraq ki, Hər il minlərlə turistin xaricə səfərini təşkil edən və xaricdən qonaq qəbul edən şirkət, müştərilərə təyyarə biletləri, otellərin bronlaşdırılması və sifarişi, hava limanında xüsusi qarşılama xidməti, “sürətli keçid”, portye xidməti, ölkədaxili və ölkəxarici hava limanlarında VIP-zal xidmətlərinin təmin edilməsi və digər xidmətlər göstərir.

İştirak edən şirkətlər:

ABV
Logitrans
Texno Gallery
Sarp Systems
Almond Cake
Kraton Clinic
Azali
Roofs
Sofistico
Arbea İnşaat

This will close in 0 seconds