Marsol Group partnyorları kovrolit, süni qazon, pvc, ayaqaltı pas-pas və bu kimi döşəmə məhsullarının satışını həyata keçirən “Kovrolin.az”da qonaq olub.
Çay süfrəsi ətrafında tanışlıq zamanı sahibkarlar fəaliyyətlərini tanıdıb, “Kovrolin.az”ın təsisçisi və direktoru Vahid Hüseynov fəaliyyəti dövründə yerinə yetirilən bir sıra dövlət və özəl layihələri, eləcə də məhsulları haqqında məlumat verib.
Həmçinin, iştirakçılar “Kovrolin.az” məhsulları ilə əyani şəkildə tanış olublar.