Ofis Ziyarəti “Jet Cinema” – 30.07.2024

Marsol Group partnyorları bu dəfə “Ofis Ziyarəti” çərçivəsində “Jet Cinema”da qonaq olub.

İyulun 30-u səhər yeməyi masası ətrafında baş tutan görüşdə sahibkarlar bir-birilərilə tanış olaraq, B2B müzakirələr aparıb, biznes təcrübələrini bölüşmək imkanı əldə ediblər. Daha sonra “Jet Cinema”nın təsisçisi və direktoru Vasif Muradbəylinin təqdimatı zamanı şirkətin təqdim etdiyi xidmətlər, o cümlədən peşəkar çəkilişlər zamanı istifadə olunan avadanlıqlar və həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib. Ardınca sahibkarlar “Jet Cinema” tərəfindən hazırlanan keyfiyyətli reklam filmlərini izləyərək öz təəssüratlarını bildirib.

Nəzərinizə çatdıraq ki, “Jet Cinema” portret çəkilişi, moda çəkilişləri, məhsul fotoşəkilləri və digər kateqoriyalar üzrə fotoqrafiya xidməti, brend və ya şirkətin məhsullarını vizual olaraq tanıtmaq üçün məhsul çəkilişləri, eləcə də məhsul və ya xidmətlərin yüksək səviyyədə tanıdılması üçün reklam filmlərinin çəkilişini həyata keçirir.

Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olunub.

İştirak edən şirkətlər:

Global Logistics
Trend 313
Dekoriza
Göyçay Süd
Power Led
Azali
Bestdoors
Creative Design Studio
SKY Stone
Selena Tour
Paşa Sığorta
Sarı Makina
Nevroloq
Bestsol Group
Creazzy Family
PergolaBaku
Kapital Bank
Jet Cinema

This will close in 0 seconds