Ofis Ziyarəti “İstanbul Reklam Market, Buta Glass” – 28.11.2024

Ofis ziyarəti çərçivəsində noyabrın 28-i növbəti görüşümüz “İstanbul Reklam Market”də daha sonra “Buta Glass”da baş tutdu.

“İstanbul Reklam Market”də görüşümüz zamanı sahibkarlar çay süfrəsi ətrafında şirkətin təsisçisi Kaya Karslının təqdimatı ilə 2002-ci ildən bu yana qazanılan təcrübələri, geniş xidmət spektri haqqında məlumatlandılar.

Bununla yanaşı, çöl reklamlarının hazırlandığı istehsalat sahəsi ziyarət olundu.

Görüşün davamında Marsol Group partnyoru “Buta Glass”ı ziyarət etdik.

Adını Azərbaycan milli ornamentlerindən biri olan butadan alan “Buta Glass” şirkətinin direktoru Nahid Həsənli burada bizlərə keçmişimizə aid olan sənətkarlıq nümunələrinin müasir dizaynlarla birləşdirilərək şüşə üzərinə nəqş edilməsi proseslərini açıqladı, istehsalat sahəsi ilə tanış etdi.

This will close in 0 seconds