MARSOL tərəfdaşlarından olan mebel sahəsində öz sözünü demiş Green Wood brendinin yeni showroom-un açılışı baş tutdu. Biz də partnyorlarımızla birlikdə açılışda iştirak etdik. Açılışda XTQ qazimiz Əkbər Məhərrəmov və Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə qonaq oldu.
Şirkət rəhbəri Fuad bəy fəaliyyətləri illərdir davam edən şirkət haqqında ümumi məruzə etdi, daha sonra isə showroom ilə tanışlıq oldu.
Sonda qonaqlar showroomdaki modellər ilə tanış oldular.
Showroom Bakı şəhəri, Həsən Əliyev 74. Ünvanında yerləşir.
Başda Fuad bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!
Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.
İştirak edən şirkətlər:
Marsol
Greenwood
Ağ Saray
Pərdəçi
AGA Group
Prochem
İnci Psixoloji Reabilitasiya Mərkəzi
Efor
Bravo İT
Family Construction Company