Ofis Ziyarəti “Global Logistics” -27.02.2025

Fevralın 27-si Marsol Group partnyorları “Global Logistics” şirkətində ofis ziyarəti çərçivəsində bir araya gəlib.

Görüş zamanı iştirakçılar arasında tanışlıq olub, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb. Həmçinin, şirkətin təsisçisi və direktoru Əbülfəz Allahverdiyev iştirakçılara “Global Logistics” haqqında məlumat verib. İştirakçılar logistika xərclərinin azaldılması və proseslərin sürətləndirilməsi mövzularında müzakirələr apararaq həmin sahədə olan təcrübələrini bölüşüblər.

Nəzərinizə çatdıraq ki, “Global Logistics” hava, gəmi, dəmiryol və avtonəqliyyat vasitələri ilə beynəlxaq yükdaşıma xidməti göstərir. Şirkət Azərbaycandan digər dövlətlərə, eləcə də digər dövlətlərdən Azərbaycan Respublikasının istənilən ərazisinə yüklərin korroziyaya uğramadan tam sağlam şəkildə çatdırılımasına təminat verir.

This will close in 0 seconds