Ofis ziyarəti çərçivəsində yanvarın 23-ü növbəti görüşümüz “Furacs” şirkətində baş tutub.
Görüş zamanı “HIGOLD” brendinin Azərbaycandaki rəsmi distribütoru “Furacs” şirkətinin həmtəsisçisi Anar Əsgərov fəaliyyətləri haqqında məlumat verib, sahibkarlar “Furacs”ın mebel sektorunda olan fəaliyyətləri haqqında məlumat almaq, mebel sektorundakı yeni trendləri, eləcə də biznes təcrübələrini müzakirə etmək imkanı əldə ediblər.
Sonda sahibkarlar şourumda şirkətin məhsulları ilə yaxından tanış olublar.
Nəzərinizə çatdıraq ki, “Furacs” şirkəti “HIGOLD” brendinin innovativ və funksional dizayna məxsus keyfiyyətli mebel aksessuarlarının idxalı ilə məşğuldur.
İştirak edən şirkətlər:
Unicons
Silo Construction
Marxal Resort
Arzu design studio
Almond cake
Agora dekor
Evsetra
Sarvagelli
Dolma Restoran
Master cleaning
Stone Haus