Marsol Group partnyorları ilə avqustun 21-i hədiyyə sektorunda fəaliyyət göstərən “Foto Xalça” şirkətinin ofisində qonaq olduq. Görüş zamanı çay süfrəsi ətrafında tanış olan partnyorlarımız bir-birilərilə “Foto Xalça”nın xidmətləri haqqında müzakirə apardılar. Daha sonra, şirkətin təsisçisi Orxan Hüseyn qeyri adi, orijinallığı ilə seçilən hədiyyəlik foto xalçalarla partnyorlarımızı əyani şəkildə tanış etdi.
Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan “Global Soft” şirkətinə “Üzvlük” sertifikatı təqdim olundu.
Nəzərinizə çatdıraq ki, 2011-ci ildə fəaliyyətə başlamış “Foto Xalça” ən müasir texnologiyalarla fotoları xalçada, kilimdə və parçada toxuma fəaliyyəti ilə bugünə kimi bir çox xırda və iri həcmli, uğurlu korporativ lahiyələrə imza atmışdır.
İştirak edən şirkətlər:
Logitrans
Globalsoft
İstanbul Reklam
Şərq-Qərb
Handex
BRT Class
İdea Consulting
Soprano Technologies
Ledior
Arzudesign
Foto Xalça
Kapital Bank