Ofis ziyarəti çərçivəsində Marsol Group partnyorları oktyabrın 29-u 40-dan çox brendin distribyutoru olan “Fleetstock” şirkətində qonaq olub.
İştirakçılar öz bizneslərini təqdim etdikdən sonra şirkətin rəhbəri Emin Həsənli fəaliyyətləri haqqında məlumat verib. Görüşdə şirkətin xidmətlərinə yönəlmiş müzakirələr olub, əməkdaşlıq imkanlarını qiymətləndirmək imkanı yaranıb. Daha sonra “Fleetstock”un təklif etdiyi filter, sürtgü yağları, kompressor, generator, ölçü cihazları, akkumulyator və digər məhsullarla tanışlıq olub.
Qeyd edək ki, 1999-cu ildən fəaliyyət göstərən “Fleetstock” qida və qeyri-qida sənayesi üçün 250-yə yaxın texniki həll təklif edir. Şirkət, mühəndislik, layihələr, texniki audit xidmətləri, HACCP sisteminin qurulması kimi bir çox xidmətləri özündə cəmləşdirir.
Sonda, 2024-2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan “Attorney.az” şirkətinə “Üzvlük” sertifikatı təqdim olunub.
İştirak edən şirkətlər:
Proglass
VMR Tekstil
Helind
Vebonly
Dekoriza
Göyçay Süd
Attorney.az
Azplasttech
Almond Cake
Mopedo
Creativ Design Studio