Ofis Ziyarəti “Fleetstock” – 06.05.2025

Ofis ziyarəti çərçivəsində Marsol Group partnyorları mayın 6-da 40-dan çox brendin distribyutoru olan “Fleetstock” şirkətində qonaq olub.

Görüşdə şirkətin xidmətlərinə yönəlmiş müzakirələr aparılıb, “Fleetstock”un rəhbəri Emin Həsənli fəaliyyətləri haqqında məlumat verib. Həmçinin, iştirakçılar arasında əməkdaşlıq imkanlarını qiymətləndirmək üçün şərait yaranıb.

Sonda, “Fleetstock”un təqdim etdiyi yüksək təzyiqli nasoslar və təmizlik sistemləri ilə tanışlıq olub.

Qeyd edək ki, 1999-cu ildən fəaliyyət göstərən “Fleetstock” qida və qeyri-qida sənayesi üçün 250-yə yaxın texniki həll təklif edir. Şirkət, mühəndislik, layihələr, texniki audit xidmətləri, HACCP sisteminin qurulması kimi bir çox xidmətləri özündə cəmləşdirir.

İştirak edən şirkətlər:

Almond Cake
Elseo
Globalsoft
Türkeş dekor
Caspian Textile
Deltatech
Enerji-N
Ecolife
Sofistico
Altent.az
Muradlı-M
Klimatex
Skylift

This will close in 0 seconds